“AKINCI” Afrika ölkəsində… – VİDEO

Burkina-Faso ordusu Türkiyənin “AKINCI” hücum PUA-sını alıb.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki,  bu münasibətlə ölkədə təntənəli mərasim keçirilib.

Tədbirdə Burkina-Faso Prezidenti İbrahim Traore də iştirak edib.

O, “AKINCI”nın ölkənin müdafiə qabiliyyətini daha da gücləndirəcəyini bildirib.

“Burkina-Fasonun müdafiəsi türkiyəli “Bayraktar AKINCI”ya həvalə edilib. Ölkəmizdə sözügedən PUA-lar, hətta istehsalçıları tərəfindən proqnozlaşdırılan standartlardan xeyli yüksək uğurlu performans nümayiş etdiriblər. “AKINCI”lar sınaq prosesləri zamanı terrorla mübarizəmizi fəal şəkildə dəstəklədilər. Əməkdaşlığımızın memarı olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edirəm”, – deyə Traore bildirib.