af2c6f2b423d4d9d2020b9cc2a762f9d

“Toplum Tv” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilənlərdən – Fərid İsmayılov və Elmir Abbasov sərbəst buraxılıblar.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, istintaq orqanı tərəfindən belə qərar qəbul edilib.

Təqsirləndirilən şəxslər haqda “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Qeyd edək ki, “Toplum TV”nin həmtəsisçisi Akif Qurbanov və əməkdaşları Ramil Babayev, İlkin Əmrahov, Müşfiq Cabarov və Əli Zeynalov barəsində isə dörd aylıq həbs qətimkan tədbiri seçilib.

***18:40

“Toplum Tv” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilənlərdən-Akif Qurbanov, Ramil Babayev, İlkin Əmrahov həbs edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.

Qərarla Akif Qurbanov, Ramil Babayev və İlkin Əmrahovun hər biri 4 ay müddətə həbs olunublar.

Qeyd edək ki, “Toplum Tv” işi üzrə saytın təsisçisi Ələsgər Məmmədli və başqa bir neçə əməkdaşı saxlanılıb. Təqsirləndirilən şəxlər şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Paylaş: