Akif İslamzadədən təltif olunmasına İLK REAKSİYA

“Təltif olunmağım xəbərini təxminən 15 dəqiqə öncə öyrəndim”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi Akif İslamzadə deyib.

“İlk dəfədir hər hansı ordenlə təltif edilirəm. Təbrik edən, zəhmət çəkən hər kəsə təşəkkür edirəm”, – A.İslamzadə bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Akif Qədir oğlu İslamzadə Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Zaira Akifqızı
Globalinfo.az