68b3117fa33bd68b3117fa33be175656588768b3117fa33ba68b3117fa33bb

Avqustun 30-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, səlahiyyətli nümayəndə bildirib ki, Ermənistanın uzun illər davam edən işğalçılıq siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikası ölkənin əsas hissəsindən ayrı düşüb və quru nəqliyyat əlaqələri kəsilib.

Ötən illər ərzində işğal altında qalmış ərazilərdəki mövcud nəqliyyat infrastrukturu, o cümlədən dəmir yolu sistemi dağıdılıb. Bu baxımdan Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində əldə edilmiş nəticələr bölgə üçün mühüm gələcək vəd edir.

Fuad Nəcəfli zəngin təbii resurslara malik olan Naxçıvanda alternativ enerji, logistika və turizm sektorlarında mühüm layihələrin icra olunduğunu diqqətə çatdıraraq müxtəlif sahələrdə böyük investisiya perspektivlərinin olduğunu vurğulayıb.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Vaşinqtonda Ermənistanla münasibətlərin normallaşdırılması, sülh gündəliyi ilə bağlı əldə edilmiş mühüm nəticələri yüksək qiymətləndirib. O, Naxçıvanın Avropa və Asiyanı birləşdirəcək mühüm strateji mövqeyinə toxunaraq bu perspektivdə geniş logistik-nəqliyyat layihələrinin icrasının region üçün strateji əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdə Avropa İttifaqının regional bağlantılara, habelə nəqliyyat dəhlizinin həyata keçirilməsi prosesinə dəstək verməsi istiqamətində fikir mübadiləsi aparılıb.

68b3118a8c60668b3118a8c607175656589868b3118a8c60468b3118a8c605 68b3117f9ceb968b3117f9ceba175656588768b3117f9ceb768b3117f9ceb8

Paylaş: