İran ətrafında münaqişə və Hörmüz boğazındakı vəziyyət səbəbindən Avropa İttifaqının idxal etdiyi qalıq yanacağa əlavə olaraq 90 milyard avro xərclənib.
Globalinfo.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bu gün Avropa Parlamentində çıxışı zamanı deyib.
“Münaqişənin Hörmüz boğazında başlamasından bəri idxal etdiyimiz qalıq yanacaq bizə əlavə olaraq 90 milyard avroya başa gəlib. Bununla belə, bir molekul belə əlavə enerji əldə etməmişik”, – von der Leyen bildirib.
Komissiya prezidenti Aİ ölkələrini əlçatan və yerli təmiz enerji istehsalının inkişafı üzrə səyləri ikiqat artırmağa çağırıb. O, bərpa olunan enerji mənbələri, atom enerjisi, biometan və digər texnologiyaları qeyd edib.(APA)