Dığ döyüşləri: ermənilər yalvardı, o, niyə gəlmədi? – AÇIQLANDI

Avropa Birliyinin Ermənistandakı mülki missiyasının nümayəndələri ötən gün Dığ kəndidə baş vermiş döyüşlər zamanı sözügedən bölgədə olmayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə adıçəkilən missiyanın erməni mediasına açıqlamasında bildirilib.

“Səhər saatlarında Avropa Birliyinin Ermənistandakı mülki missiyası ərazidə müşahidə aparıb, lakin hadisələr baş verən zaman orada olmayıb”, – qeyd edilib.

***
13:31

Dünən Laçın istiqamətində Azərbaycan ordusunun kəskin reaksiyası İrəvanda qorxu yaradıb.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumat Ermənistanın Teleqram kanallarında yayılıb.

Qeyd edilib ki, insidentin yaşandığı zaman Ermənistan Xarici İşlər Nazirliyinin diplomatları Avropa Birliyinin ölkədəki mülki missiyasının rəhbəri Markus Ritterlə əlaqə yaradıblar. Ritterdən hadisənin yaşandığı yeri ziyarət etmələri istənilsə də, o razılaşmayıb. Üstəlik, Ritter bölgəyə Ermənistan ordusunun müşayiəti ilə getməkdən də imtina edib.

Digər tərəfdən Ermənistanın dünənki təxribatı gündəmə Paşinyanın ayın əvvəlində etdiyi çıxışı gətirib. Belə ki, erməni baş nazir bu çıxışında Azərbaycanla sərhəddən ordunun çəkiləcəyini desə də, dünənki hadisələr onun bu vədini icra etmədiyini göstərib. Üstəlik, məhz sərhədin keçəcəyi yerdə səngərlərin qazılması da Azərbaycan ordusunun niyə qarşı tərəfə sərt reaksiya verməsini anlamağa zəmin yaradır.

İlkin Həsənov
Globalinfo.az