66f1c896af00e66f1c896af00f172712155866f1c896af00b66f1c896af00d

23 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyyəli həftəsi çərçivəsində Aİ-nin İqlim Fəaliyyəti üzrə komissarı Uobki Hoekstra ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüşdə Aİ ilə Azərbaycan arasında əməkdaşlığın aspektləri və COP29-un prioritetləri barədə müzakirələr aparılıb.

Tərəflər COP29-dan gözlənilən nəticələr barədə fikir mübadiləsi aparıblar.

Danışıqlarda Yaşıl enerji və digər ekoloji təşəbbüslərə xüsusi diqqət yetirilib.

Paylaş: