0a30719b 97f9 4520 ac4a ddc1f5366e8f

AHİK sədri Sahib Məmmədov “Naftalan” Kurort Birliyində olub və mövcud vəziyyətlə maraqlanıb.

Globalinfo.az xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov şəhər ərazisində yerləşən AHİK-in “Naftalan” Kurort Birliyinə aid sanatoriyalara, obyektlərə və torpaq sahələrinə baxış keçiriblər.

Baxışdan öncə AHİK sədri Sahib Məmmədov və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov şəhərin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra “Azərbaycan” sanatoriyasına gələn Sahib Məmmədov burada görülmüş təmir-tikinti işləri ilə maraqlanıb.

Bildirilib ki, sanatoriyada əsaslı təmir-bərpa işləri bu günə kimi davam etdirilib. Burada ikimərtəbəli 145 yerlik yataq binası və Naftalan vannası ilə müalicənin təşkil olunacağı korpusun istifadəyə verilməsi nəzərdə tutulur. Qeyd olunub ki, bu məkana yollayış alacaq ittifaq üzvlərinin məmnunluğunu tam təmin etmək üçün hər cür şərait yaradılacaq. Belə ki, sanatoriya müasir avadanlıqlarla təchiz ediləcək, göstərilən xidmətlərdə qabaqcıl beynəlxalq təcrübə və tələblər əsas götürüləcək, idarəetmədə mütərəqqi üsullardan istifadə olunacaq və bura bir çox xəstəliklərin müalicəsi üçün modern sağlamlıq-profilaktik müəssisəyə çevriləcək.

Həmçinin sanatoriyanın ərazisi yaşıllaşdırılacaq, o cümlədən iqlimə və relyefə uyğun müxtəlif növ ağaclar, dekorativ gül-çiçək kolları əkiləcək. Habelə sanatoriyada yerli sakinlərin işlə təmin olunması məşğulluğa mühüm töhfə vermiş olacaq. Konfederasiya sədri Birliyə aid digər obyektlərə, o cümlədən yarımtikili vəziyyətdə olan “Ana-uşaq” sanatoriyasına və mehmanxanaya, həmçinin poliklinika binasına baş çəkib, ərazidəki avtomobil parkının və qazanxananın vəziyyəti ilə maraqlanıb.

AHİK sədri Sahib Məmmədov “Naftalan” Kurort Birliyinin Goranboy rayonunun Goran qəsəbəsində yerləşən Təmir-tikinti idarəsinin inzibati binasına və ərazisinə də baxış keçirib. Görülmüş işlərlə tanışlıqdan sonra AHİK sədri bir sıra tapşırıq və tövsiyələrini verib.

22 23 21

12 13 14 15 16 17 18 19 20

11

407d3c87 3401 4035 8aac 81cff4a1e3b0 32952f46 920e 4324 a642 785eb12db514 55ebfba8 97aa 4cde a2ab 2959e23603c4 be49686a 7621 4f35 b24f e4274178019d d5c15451 026b 4f73 8013 90375f8dcba7

0b5ad81e 3b78 43f0 ad60 145f6ba2590c 0b0652f3 871c 4075 b30a a0433c465caa 47cf1db4 edf5 42b9 abce 1c22f5a349b6 77457232 945a 4c3c 9548 c065e7f2a78a 0a30719b 97f9 4520 ac4a ddc1f5366e8f 1

Globalinfo.az

Paylaş: