d416e6f3 87eb 4c81 87f4 89df644f9d07

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elkiyar Ziyadov “Bilgəh” sanatoriyasında dincələn görkəmli xanəndə, Xalq artisti Arif Babayevi ziyarət edib.

Globalinfo.az xəbər verir ki, muğam sənətimizin inkişafındakı xidmətlərinə görə “Şöhrət”, “İstiqlal” və “Şərəf” ordenləri, “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunmuş Arif Babayevlə görüşdə sənətkarın səhhəti ilə maraqlanılıb, ona diqqət və ehtiram göstərilib. Eyni zamanda xanəndənin Heydər Əliyev Mükafatına layiq görülməsi münasibətilə təbriklər çatdırılıb.

Görüş zamanı Respublika Komitəsi tərəfindən mədəniyyət işçilərinin sosial rifahının yaxşılaşdırılması, peşəkar inkişafının və yaradıcılıq imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışılıb.

Xalq artisti göstərilən diqqət və qayğıya görə həmkarlar ittifaqının nümayəndələrinə təşəkkür edib.

c033a911 bafc 45d0 9925 89dde803a13f 926843be 8723 415b 8278 ade1d30df196 675d9b5c f526 41da b377 f30ef660e104

Paylaş: