i 91

Ağsu rayonunda baş verən dəhşətli yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Globalinfo.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, qəzaya düşən gənclər əslən Ağsu rayonundan olsalar da, Bakıda yaşayırlarmış.

Onlar mayın 25-də Bakıdan Ağsu rayonuna istirahətə gəliblər. Rayonun Kalva və Dilman kəndlərində istirahət edən gənclər dünən gecə saatlarında Kalva kəndindən çıxıb Şamaxı rayonuna gedirlərmiş.

Gecə saat 3 radələrində Dilman kəndi ərazisindəki körpüyə yaxınlaşarkən sürücü idarəetməni itirib avtomobili körpüdən aşırıb.

***09:20

Ağsu rayonunda ağır yol qəzası baş verib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Dilman kəndi ərazisində qeydə alınıb.

Belə ki, “BYD” markalı minik avtomobilinin sürücüsü sükan arxasında idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq qoruyucu daş-beton bəndinə çırpılıb, daha sonra bir neçə dəfə yuvarlanaraq təxminən 100 metr aralıda yerləşən Ağsu çayının yatağına düşüb.

Hadisə zamanı avtomobildə 4 nəfər olub. Qəza nəticəsində 27 yaşlı Cəfərov Kamran və 22 yaşlı Qasımov Səid Asif oğlu hadisə yerində həyatını itiriblər.

Digər iki sərnişin – 21 yaşlı Baxışov İsmayıl Etibar oğlu və 20 yaşlı Şəfaqətov Şahvələt Asəf oğlu ağır bədən xəsarətləri alaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanası aparılıb.

Qəzanın başvermə səbəbi araşdırmalardan sonra məlum olacaq.

i 92 i 93 i 94

Paylaş: