DSC 430

Ağstafa rayonunun Xətai kəndindən olan 1-ci Qarabağ müharibəsi şəhidimiz Bəxtiyar Cəmşid oğlu Əsgərovun atası vəfat edib.

Globalinfo.az bildirir ki, 90 yaşlı şəhid atasının vəfatı ilə əlaqədar doğma evində keçirilən mərasimdə, o cümlədən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, 1975-ci ildə dünyaya göz açan Bəxtiyar Əsgərov 1995-ci ildə ölkəmizin azadlığı və suverenliyi naminə Ağdərə rayonu uğrunda gedən şiddətli döyüşlərdə şəhid olub.

Allah şəhidlərimizə rəhmət eləsin!

DSC 4240DSC 4254 1

Paylaş: