1. Kocesger

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun müvafiq qrafikə uyğun olaraq Köçəsgər kənd 1 nömrəli tam orta məktəb binasında keçirdiyi növbəti səyyar qəbulda rayonun hüquq-mühafizə strukturlarının rəhbər şəxsləri, aidiyyəti təşkilatların nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Globalinfo.az-ın xəbərinə görə, RİH başçısı diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu sosial siyasətin mərkəzində məhz vətəndaşların mənafeyi, insanların sosial həyatının yaxşılaşdırılması və məmnunluğunun artırılması kimi amillər dayanır. Bu gün də Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq vətəndaş rifahının təmin olunması, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin ən prioritet  istiqamətlərindəndir.

Səyyar qəbulda vətəndaşların müraciətləri nəzarətə götürülüb. Qaldırılan məsələlər ətrafında müzakirələr aparılaraq həlli tədbirləri müəyyən edilib. Məsələlərin operativ qaydada həlli istiqamətində aidiyyəti üzrə məsul şəxslərə konkret tapşırıqlar verilib.

VID 20250904 113454 00.17.09.288VID 20250904 113454 00.28.02.579VID 20250904 113454 00.30.28.031VID 20250904 113454 00.37.58.284

 

Paylaş: