Ağstafada şok: qazi azyaşlını toydan qaçırdı, iti açıb buraxdı…

scale 1200 4

Ağstafa rayonunun Aşağı Göycəli kəndində keçirilən toy mərasimində 2 yaşlı qız uşağının oğurlanması ilə bağlı məlumat yayılıb.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, 57 yaşlı birinci Qarabağ müharibəsi iştirakçısı Telman Omarov azyaşlını mərasimdən oğurlayaraq yaşadığı ünvana aparıb.

Uşağı geri almaq üçün evinə gələn valideynlərin qarşısını almaq məqsədilə T.Omarov həyətində saxladığı iti onların üzərinə buraxıb. Hadisə zamanı sərxoş vəziyyətdə olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Azyaşlı valideynlərinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.