str

Tədbir 2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunub. RİH başçısı aparatının inzibati binasında təşkil olunan tədbirdə Seymur Orucov, məsul şəxslər, rayon ictimaiyyətinin fəal gəncləri iştirak ediblər.

Globalinfo.az bildirir ki, tədbiri giriş sözü ilə açan RİH başçısı bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində qazandığı qələbə, eləcə də unikal lokal antiterror tədbirləri yalnız torpaqlarımızın azad edilməsi ilə bitmədi. Bu tarixi Zəfər Ulu Öndər Heydər Əliyev siyasətinin qətiyyətini, xalqımızın sarsılmaz birliyini, ölkəmizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Beləliklə “Dəmir Yumruq” təkcə düşmənin başını əzən hərbi güc deyil, həm də xalqımızın milli rəmzinə, tarixi ədalətin bərpasına çevrildi. “Dəmir Yumruq”dan quruculuğa keçən bu yol Azərbaycanın dövlət tərəqqisinin ən parlaq nümunəsidir. Memarlıq abidələrimiz ucaldıqca xalqımızın mənəviyyatı dirçəlir, ordumuzun qüdrəti artdıqca isə bu abidələrin toxunulmazlığı təmin olunur. Azərbaycan dövlətinin sarsılmaz hərbi gücü, xalqının tükənməz yaradıcılıq və quruculuq əzmi, eyni zamanda, əcdadlarımızın ruhunu, milli və mədəni kimliyimizi əbədi olaraq yaşadacaq, gələcək nəsillərə ötürəcəkdir.

Digər natiqlər, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin əməkdaşı Kapitan Hüseyn Əliyev, Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, YAP Ağstafa rayon təşkilatının fəal gənci Nərgiz Şıxməmmədova, “Ağstafa Gənclər Evi” sosial xidmət müəssisəsinin metodisti Kifayət Əliisgəndərova mövzuya dair geniş məruzələrlə çıxış ediblər. Qeyd olunub ki, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması ilə nəticələnən tarixi Zəfərdən dərhal sonra başlayan və bu gün də nəhəng miqyasda davam edən tikinti-quruculuq işləri Azərbaycanın sadəcə döyüş meydanında deyil, həm də mühəndislik və memarlıq sahəsində qüdrətli dövlət olduğunu bəyan etdi.

Ağstafada Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR Ağstafada Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR Ağstafada Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR Ağstafada Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR Ağstafada Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR Ağstafada Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR Ağstafada Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR Ağstafada Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR

Paylaş: