meyit esas

Ağstafa rayonu ərazisində kişi meyiti tapılıb.

Globalinfo.az xəbər verir ki, meyit rayonun Həsənsu kəndində qəbiristanlığın yaxınlığında aşkarlanıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Araşdırma zamanı meyiti aşkarlanan şəxsin rayon sakini, 1980-ci il təvəllüdlü Z.Yolçiyev olduğu müəyyənləşdirilib. Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsinin Ağstafa rayon şöbəsinə təhvil verilib.

Ölümün səbəbi hələlik məlum deyil. Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş: