Ağstafada güclü partlayış – Xəsarət alanlar var – ADLAR / YENİLƏNİB

Ağstafa rayonunun Tatlı kəndində qaz sızması nəticəsində partlayış olub, biri uşaq olmaqla 6 nəfər xəsarət alıb.

Globalinfo.az-a daxil olan məlumata görə, Ağstafa rayonunun Yaradullu kəndi ərazisində yerləşən Dövlət Sərhəd Xidmətinin 2009 saylı Tatlı komendant postunun hərbiçilərinin ailələri üçün inşa olunan üçmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində naməlum səbəbdən partlayış baş verib.

Nəticədə Cəlilabad rayon sakinləri 1980-ci il təvəllüdlü Rzayev Emin Eyvaz oğlu, 1985-ci il təvəllüdlü Rzayeva İradə Zakir qızı, 2009-cu il təvəllüdlü Rzayeva Səma Emin qızı, Şabran rayon sakini 2002-ci il təvəllüdlü İbrahimova Məryəm Ramin qızı, Qəbələ rayon sakinləri 1997-ci il təvəllüdlü Qasımlı Səidə Ramin qızı və 2021-ci il təvəllüdlü Qasımlı Atilla Məftun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda Ağstafa Rayon Mərkəzi Xəstəxanasında müalicələri davam etdirilir, vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.

Zərərçəkənlər xəstəxanaya aparılıb, onlardan üçü ambulator yardım aldıqdan sonra evə buraxılıb.

Digərlərinin vəziyyəti isə ağır və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Ağstafa rayonunun Tatlı kəndində qaz sızmasından partlayış baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilib.

Zaira Akifqızı

Globalinfo.az