Ağstafada dəhşət: Qatar 14 yaşlı oğlanı vurub öldürdü

Ağstafada bədbəxt hadisə baş verib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Globalinfo.az-a verilən xəbərə görə, hadisə bu gün basş verib.

“Gəncə Dəmiryolu Xətt Polis Şöbəsinin Ağstafa Xətt Polis Bölməsinə bir nəfərin qatar vurması barədə məlumat daxil olub. Dərhal Gəncə Xətt Polis Şöbəsinin və Ağstafa Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar nəticəsində yük qatarının Ağstafa rayon sakini 2009-cu il təvəllüdlü Elşən Bayramovu vuraraq öldürməsi məlum olub. Hazırda Rayon prokurorluğunda hadisənin baş vermə səbəbləri araşdırılır”, – deyə açıqlamada derilir.