Ağstafada bacılar qazdan zəhərləndi

Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

Globalinfo.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Poylu kəndində baş verib.

Kənd sakinləri, iki bacı – 2011-ci il təvəllüdlü R.Hacızadə və 2013-cü il təvəllüdlü G.Hacızadə yaşadıqları evin vanna otağında dəm qazından zəhərlənib.

Hər iki yeniyetmə xəstəxanaya yerləşdirilib.

Dərhal onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilib.