Ağstafa çayının daşması nəticəsində Ermənistanın Tavuş vilayətində 55 nəfər dağda çətin vəziyyətdə qalıb.
Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.
Məlumata görə, bazar günü saat 12:37-də Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin xilasedicilərinə çayın daşması nəticəsində insanların Haştərək kəndi yaxınlığındakı düşərgədə qalması barədə siqnal daxil olub.
“Hadisə yerinə xilasedicilər və əməliyyat qrupu göndərilib. Xilasedicilər 46-sı azyaşlı olmaqla 55 nəfəri təxliyə ediblər”, – məlumatda qeyd olunub.