Ağstafa-Bakı sürət qatarında nasazlıq

Ağstafa-Bakı qatarı normal rejimlə hərəkətini davam etdirir.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.

Elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlıq operativ olaraq aradan qaldırılıb, qatarın hərəkəti bərpa olunub.

Qeyd edək ki, bu gün axşam saatlarında Bakı istiqamətində hərəkət edən 705 saylı Ağstafa-Bakı qatarı Goran stansiyasında elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlığa görə qrafikdən kənara çıxıb.

***

Ağstafa-Bakı sərnişin qatarında nasazlıq yaranıb.

Globalinfo.az-ın Report-a istinadən məlumatına görə, sürət qatarı yaranmış nasazlıq səbəbindən Goran stansiyasında qalıb.

Qatarın artıq 50 dəqiqədən çoxdur yubandığı bildirilir.