Azərbaycanda tanınmış şəxs faciəvi şəkildə öldü – VİDEO/FOTO

.
Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində həlak olan rayon sakini Yadigar Tofiqoğlunun qarmon ifaçısı olduğu üzə çıxıb.

Globalinfo.az xəbər verir ki, onun ətraf rayonlarda da kifayət qədər tanınan musiqiçi olduğu qeyd edilib.

Qeyd edək ki, rayon sakini Yadigar Tofiqoğlu idarə etdiyi “VAZ 2107” markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirirərək yol kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı Ağcabədi rayon polis şöbəsində araşdırma aparılır.

Allah rəhmət eləsin!