Agentlik: Medianın yeni inkişaf proqramları hazırlanacaq – FOTOLAR

Medianın yeni inkişaf proqramları hazırlanacaq və diaqnostik icmal tərtib olunacaq.

Globalinfo.az APA-ya istinadən bildirir ki, bu barədə Medianın İnkişafı Agentliyinin kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva Lənkəranda, “Regional Medianın İnkişafı” layihəsi çərçivəsində media nümayəndələri ilə keçirilən görüşdə bildirib.

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Regional Medianın İnkişafı” layihəsi çərçivəsində müzakirələrin aparılması məqsədilə Lənkəran şəhərində cənub regionunda fəaliyyət göstərən media nümayəndələri ilə görüş keçirilib. Audiovizual Şura və UNEC Tədqiqat Fondunun da təmsil olunduğu görüşün məqsədi regionlarda fəaliyyət göstərən media nümayəndələri üçün müzakirə platforması yaratmaq, həmçinin media subyektlərinin dayanıqlı fəaliyyət mexanizmini formalaşdırmaq, kadr potensialının gücləndirilməsinə töhfə vermək , media nümayəndələrinin fərdi və peşəkar inkişafını dəstəkləmək məqsədilə cari ehtiyaclara əsaslanan inkişaf proqramlarının hazırlanmasını təmin etməkdir.

​Tədbirdə çıxış edən Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli bildirib ki, region mediası, onun ümumi vəziyyəti, mümkün inkişaf perspektivləri daim Agentliyin diqqət mərkəzindədir:

“Bu görüş son nəticədə müəyyən edilən istiqamətlər əsasında müzakirələrin aparılması və diaqnostik icmalın hazırlanması yolu ilə inkişaf proqramlarının tərtibinə yönəlib”.

​Daha sonra Audiovizual Şuranın üzvü Bəxtiyar Balakişiyev çıxış edərək region mediasında yeniliklərin tətbiqi​ məqsədilə atılan addımların ümumilikdə ölkə mediasının inkişafına müsbət təsir göstərəcəyini bildirib.

​Görüşdə Agentliyin nümayəndəsi Pərvanə İbrahimovanın moderatorluğu ilə​ region mediasına dair diaqnostik icmalın hazırlanması məqsədilə mövcud media ekosisteminin xüsusiyyətlərinin və cari ehtiyacların müəyyənləşdirilməsi üçün müxtəlif istiqamətlər üzrə müzakirələr aparılıb.

​Layihə çərçivəsində Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Vəfa İsgəndərovanın təqdimatında 60-a yaxın region gəncinin iştirakı ilə “Media savadlılığı” mövzusunda təlim baş tutub.

Agentlik: Medianın yeni inkişaf proqramları hazırlanacaq - FOTO Agentlik: Medianın yeni inkişaf proqramları hazırlanacaq - FOTO Agentlik: Medianın yeni inkişaf proqramları hazırlanacaq - FOTO Agentlik: Medianın yeni inkişaf proqramları hazırlanacaq - FOTO