Ağdərədə və Qubadlıda sümük fraqmentləri aşkarlandı

Qubadlı rayonu ərazisində sümük fraqmenti aşkar edilib.

Bu barədə Globalinfo.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, mayın 5-də işğaldan azad olunmuş Qubadlı rayonunun Xanlıq kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyünün aşkar edilməsi faktı üzrə Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.

***13:10

Ağdərə rayonu, Suqovuşan qəsəbəsi ərazisində sümük fraqmentləri aşkarlanıb.

Bu barədə Globalinfo.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 5-də işğaldan azad olunmuş Ağdərə rayonu, Suqovuşan qəsəbəsi ərazisində yeni binaların tikintisi ilə əlaqədar qazma işləri aparılan zaman insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə Tərtər rayon prokurorluğunda araşdırma aparılır.