agdere

21:12

Ağdərə rayonu ərazisində baş verən yanğın küləyin təsiri ilə daha geniş ərazilərə yayılır.

Globalinfo.az xəbər verir ki, alovun miqyası genişlənərək Ağdam rayonunun Papravənd kəndi ərazisinə keçib.

Yanğın kənd ərazisindəki meşəlik əraziyə yayılıb.

Hadisə yerinə Ağdam, Ağcabədi rayon yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğın genişlənməsi müşahidə olunur.

Videogörüntülərin Tərtər rayonu ərazisindən çəkildiyi bildirilib.

Videoları təqdim edirik:

***12:35

Ağdərənin dağlıq hissəsində daha bir yanğın başlayıb.

Globalinfo.az “Report”a istinadən bildirir ki, dağlıq ərazidə yerləşən meşə massivində başlayan yanğın qısa müddətdə geniş əraziyə yayılıb.

Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Ağdərə rayon yanğınsöndürən briqadasının texnikası və əməkdaşları cəlb edilib.

Hazırda yanğın davam edir.

Qeyd edək ki, ötən gün də rayonun Canyataq kəndində dağlıq ərazidə 9 ha sahədə quru ot, kol-kos və yaşayış olmayan, yararsız vəziyyətdə olan evin yanar konstruksiyaları yanıb.

Paylaş: