manukyan 1

Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş, qondarma rejimin qanunsuz silahlı birləşmələrində “komandanın 1-ci müavini”, Ermənistan Respublikasının Müdafiə Nazirliyinin Baş qərargahında Kadrlar idarəsinin rəisi, korpus komandiri işləmiş təqsirləndirilən şəxs Davit Manukyan ifadə verib.

Globalinfo.az xəbər verir ki, o, Birinci Qarabağ müharibəsi zamanı sıravi əsgər olduğunu xatırladaraq bildirib:

“Mən siravi əsgər statusunda olmuşam, döyüş əməliyyatlarında iştirak etmişəm. 1993-cü il fevralın 28-də Ağdərə istiqamətində yaralanmışam. 1994-cü ildə yenidən xidmətə qayıtmışam…Müharibədən sonra da xidmətə davam etmişəm, zabit rütbəsi almışam”.

Təqsirləndirilən şəxs qondarma rejimin “Təhlükəsizlik Şurası”nın iclaslarında iştirak etmədiyini vurğulayaraq deyib:

“İclaslarda əsas üzv, müşahidəçi qismində iştirak etməmişəm, onun keçirildiyi barədə də məlumatım olmayıb”

Paylaş: