Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, qəza Bakı–Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, idarəetmədən çıxan “Chevrolet” markalı avtomobil yol kənarına aşıb.
Nəticədə 1989-cu il təvəllüdlü Süleyman Şəmiyev müxtəlif bədən xəsarətləri ilə Ağdaş rayon xəstəxanasına çatdırılıb. Daha 3 yaralı isə Yevlax rayonundakı tibb müəssisəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.