Ağdamlı narkotacir həbsdə öldü

Bakıda məhkum həbsdə ölüb.

Globalinfo.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Pentensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.

Orada saxlanılan məhkum Məhərrəm Heybətov dünyasını dəyişib.

Onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, Ağdamdan olan M.Heybətov 2021-ci ildə narkotik satışına görə həbs edilib.