Ağdamdan Xankəndiyə yanacaq göndərildi – FOTOLAR

Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağ bölgəsinin erməni sakinlər üçün yanacaq göndərib.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.

Məlumata görə, 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin, ilk növbədə, bağçaların, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin yanacaq-sürtkü materialları ilə təmin edilməsi xahişinə uyğun olaraq, sentyabrın 23-də Bərdə-Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 24 ton benzin, 40 ton dizel yola salınıb.

***16:06

Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağ bölgəsinin erməni sakinləri üçün yanacaq göndərib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, yanacaqla dolu 2 nəqliyyat vasitəsi Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.

Hazırda yanacaq daşıyan nəqliyyat vasitələri Xankəndi istiqamətində hərəkət edir.

Yanacağın ilk növbədə bağçalar, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinə paylanılacaq.

Qeyd edək ki, sentyabrın 21-də Yevlax şəhərində keçirilən görüşdə erməni sakinlərin nümayəndələri bölgəyə yanacaq göndərilməsini xahiş etmişdilər.