agdam ynagin

Ağdamın işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində yanğın başlayıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yanğın kənd ərazisindəki açıq sahədə qeydə alınıb.

Alov qısa müddətdə geniş əraziyə yayılıb. Hadisə ilə əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi və alovun daha geniş ərazilərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Yanğının başvermə səbəbi və dəymiş ziyanın həcmi hələlik məlum deyil.

4e6846f7 906b 40be a81d a2a4de7c745d

Paylaş: