1684314422 03eb58dae0e6901414ec0834e43198f7 3

Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, qəza rayonun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, Elmin Muradov idarə etdiyi “Lada Granta” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Hadisə zamanı sürücü və onun oğlu Əfrahim Muradov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməyilə xəstəxanaya çatdırılıblar.

İlkin məlumata görə qəza azad olunmuş əraziləri gəzməkdən qayıdan zaman baş verib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: