sl 1

Ağdam rayonunda kişinin arvadına kəsici alətlə xəsarət yetirməsi hadisəsinin detalları məlum olub.

Globalinfo.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Mahrızlı kəndində baş verib. Kənd sakini Gülzəndə Abbas qızı Salahovaya həyat yoldaşı Ceyhun Salahov balta ilə ağır xəsarətlər yetirib.

Məlumata görə, hadisəni törətməkdə təqsirləndirilən C.Salahov bir neçə dəfə məhkumluq həyatı yaşayıb. O, narkotik aludəçisi olub və sonuncu cəza müddəti ötən ilin mart ayında başa çatıb. O, sonuncu dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilibmiş.

C.Salahov cəzaçəkmə müəssisəsindən gələndən sonra mütəmadi olaraq ailədə mübahisə yaradırmış. Heç bir yerdə işləməyən C.Salahov həyat yoldaşı və qayınanasından tez-tez pul alıb, narkotik və içki alırmış. Buna görə də mütəmadi olaraq evdə mübahisə yaranırmş.

C.Salahovun oğlu Tural Salahov Xankəndi şəhərində tikinti şirkətində çalışırmış və hadisədən bir gün əvvəl evlərinə qayıdıbmış. Hadisə baş verən də isə Tural evdə olmayıb. Oğlunun evdə olmadığından istifadə edən C.Salahov həyat yoldaşından narkotik üçün pul istəyib. Qadın isə ona pulunun olmadığını deyib.

Buna görə də ər-arvad arasında va başlayıb. Dava zamanı C.Salahov evin zirzəmisində olan baltanı götürərək qadına hücum edib. O, qadına baş və bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirib. Qadının öldüyünü ehtimal edən C.Salahov hadisə yerindən qaçıb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyatla C.Salahov saxlanılıb.

***14:20

Ağdam rayonunda baş verən ağır ailə münaqişəsi ilə bağlı yeni detallar məlum olub.

Globalinfo.az bildirir ki, Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, həyat yoldaşı tərəfindən baltalanan qadının qaynanası, hadisəni törətməkdə şübhəli bilinən Ceyhun Salahovun anası Hafizə Salahova baş verənlərə münasibət bildirib.

H.Salahova deyib ki, gəlininin hadisədə heç bir günahı yoxdur. Onun sözlərinə görə, ailə artıq bu vəziyyətdən bezib.

Şübhəlinin anası oğlunun sərt şəkildə cəzalandırılmasını istədiyini də açıqlayıb:

“Ömürlük hökm kəsilsin. Nə qədər həyatı varsa, qoy orada çürüsün. Onun uşaqları yazıqdır, heç olmasa beş gün rahat yaşasınlar”.

Faktla bağlı araşdırma aparılır.

whatsapp image 2026 01 31 at 14.08.06

***11:22

Ağdamda qadına bıçaq xəsarətləri yetirilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mahrızlı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini Gülzəndə Abbas qızı Salahova bıçaqlanıb. O, Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin ehtimala görə, qadın əri tərəfindən bıçaqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis əməkdașlarının keçirdikləri tədbir zamanı cinayət əməlini törədən zərərçəkmişin həyat yoldaşı Ceyhun Salahov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: