1 28

Ağdam rayonunda məzar qazıntısı aparılarkən döyüş sursatı aşkarlanıb.

Globalinfo.az Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə rayonun Qərvənd kənd qəbiristanlığında qeydə alınıb.

Məlumata görə, kənd sakininin dəfni üçün məzar yeri qazılan zaman torpaq qatından naməlum hərbi sursat aşkar edilib. Bundan sonra əraziyə aidiyyəti dövlət qurumlarının əməkdaşları cəlb olunub.

Təhlükəsizlik tədbirləri görülərək ərazi nəzarətə götürülüb. Aşkarlanan sursat Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən müvafiq qaydalara uyğun şəkildə ərazidən uzaqlaşdırılıb.

İlkin məlumata əsasən, tapılan sursat 120 millimetrlik minaatan mərmisidir. Bildirilir ki, mərmi Birinci Qarabağ müharibəsi dövründən qalmış döyüş sursatıdır.

Fakt bölgədə keçmiş hərbi əməliyyatların izlərinin hələ də qalmaqda olduğunu göstərir.

Paylaş: