Ağdam sakini polisə müraciət edərək yetkinlik yaşına çatmayan qız övladının itkin düşməsi barədə məlumat verib.
Globalinfo.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Regional Qrupundan bildirilib ki, onun yeri Bərdə rayonunda müəyyən edilib.
O, polis orqanına gətirilərək ailəsinə təhvil verilib.
Araşdırmalar aparılır.
***21:54
Ağdamda 10-cu sinif şagirdi Bərdə sakini ilə qoşulub qaçıb.
Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Əhmədağalı kəndində baş verib.
Müşviq Hüseynov adına Əhmədağalı kənd tam orta məktəbin şagirdi L.Muradlı Səxavət qızı tanıdığı Bərdə rayon sakininə qoşularaq qaçıb.
Qeyd olunur ki, L.Muradlı hadisədən cəmi 3 gün əvvəl 15 yaşını tamamlayaraq 16 yaşa qədəm qoyub.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı araşdırma işlərinə başlanılıb.