1781002184 3129 12

Ağdam rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, yanğın hadisəsi rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 1992-ci il təvəllüdlü Canəli Yaşar oğlu Mehrəliyevə məxsus ikiotaqlı yaşayış evində yanğın başlayıb. Nəticədə ev və içərisindəki əşyalar yanaraq yararsız hala düşüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölməsinin iki yanğınsöndürmə avtomobili və şəxsi heyəti cəlb olunub. Alov söndürülüb, onun ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

qaz xetti partlayis 2 50f26c46 ae81 4939 a9de a026dc66077d 5c7cebe8 2f3f 41ff 8663 bdf80cc07367

Paylaş: