Ağdam rayonunun Xaçındərbənd kəndi ərazisində yerləşən Xatın su anbarında batan şəxslərin kimliyi məlum olub.
Globalinfo.az bildirir ki, APA-nın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə nəticəsində 1985-ci il təvəllüdlü Şərif Şəmşəddin oğlu İsgəndərov, onun övladları – 2008-ci il təvəllüdlü Tunar Şərif oğlu İsgəndərov və 2009-cu il təvəllüdlü Fidan Şərif qızı İsgəndərli suda batıblar.
Faktla bağlı araşdırma aparılır.
***16:11
Ağdamda bədbəxt hadisə baş verib.
Globalinfo.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində yerləşən Xatın su anbarında qeydə alınıb.
İlkin məlumata əsasən, ata iki azyaşlı övladı ilə birlikdə su anbarında çimərkən batıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.