Screenshot 2026 07 23 001314

Ağdam rayonunun Sarıcalı kəndi ərazisində baş verən yanğın hələ də davam edir.

Globalinfo.az Azərtac-a istinadən xəbər verir ki, yanğın minalı əraziləri də əhatə etdiyindən partlayış səsləri eşidilir.

***

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Ağdam rayonu, Sarıcalı kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Globalinfo.az-a FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

***

Ağdamın Sarıcalı kəndində açıq ərazidə yanğın baş verib.

Globalinfo.az-ın xəbərinə görə, yanğın hadisəsi rayonun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində qeydə alınıb.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Yanğının başvermə səbəbi araşdırılır.

Paylaş: