Ağdamda 16 yaşlı qıza qarşı cinsi zorakılıqda şübhəli bilinən dörd nəfər həbs edilib.
Globalinfo.az “Report”a istinadla xəbər verir ki, Yuxarı Yüzbaşılı kəndində yaşayan 16 yaşlı qızın ailəsi hüquq-mühafizə orqanlarına qızlarının bir neçə nəfər tərəfindən cinsi zorakılığa məruz qalması barədə müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən 4 nəfər rayon sakini saxlanılaraq istintaqa təqdim olunub.