xestexana 2

Ağcabədi rayonunda qadın və həyat yoldaşı bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıblar.

Globalinfo.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, hadisə dünən günorta saatlarında rayonun Ağabəyli kəndində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Əlimərdan Ağayev və həyat yoldaşı – 1999-cu il təvəllüdlü Mehparə Ağayevaya əməliyyat olunublar.

İlkin ehtimala görə, Ə.Ağayev əvvəlcə arvadı M.Ağayevanı bıçaqlayıb, daha sonra həmin bıçaqla özünə xəsarət yetirib.

Hadisə yerinə polis əməkdaşları gəliblər.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: