Ağalı kəndi 30 ildən sonra ilk dəfə toya hazırlaşır – VİDEO

Zəngilanın Ağalı kəndində 30 ildən sonra yenidən toy olacaq.

Globalinfo.az xəbər verir ki, bununla bağlı görüntülər Azərbaycan Dövlət Televiziyasında (AzTV) yayımlanıb.

Kənd sakinləri fevralın 17-si baş tutacaq toy mərasimi ilə bağlı sevinclərini bölüşüblər.

Daha ətraflı videoda:

Qeyd edək ki, Ağalı kəndində hazırda 871 sakin yaşayır.