316531203 5902376049781938 565743364291950662 n

Noyabrın 26-da AĞ Partiya rəhbərliyi Globalinfo.az-ın redaksiyasını ziyarət edib.

Partiya başqanı Tural Abbaslı saytın işinə xeyir-dua verib, kollektivə uğur arzulayıb. Globalinfo.az-ın fəaliyyəti ilə bağlı müsbət fikirlərini ifadə edib.

Ağ Partiyanın rəhbər heyəti – Əhəd Məmmədli, Cavanşir Abbaslı, Mətləb Aslanov və Nərmin xanım yeni fəaliyyətə başlamış saytın işi ilə tanış olub, Baş redaktor Azər Ayxanla, kollektiv üzvləri ilə fikir mübadiləsi aparıblar.

Tərəflər bildiriblər ki, qarşılıqlı əməkdaşlığı daha da dərinləşdirib intensivləşdirək. Azər Ayxan öz adından və kollektiv adında Tural Abbaslı başda olmaqla Ağ Partiya rəhbərliyinə təşəkkürünü bildirib.

316311334 5902376253115251 4676227894197774353 n 316219993 5902376063115270 6386278206021979353 n 316531203 5902376049781938 565743364291950662 n

Paylaş: