Ağ Evin keçmiş həkimindən Baydenlə bağlı mühüm iddia

“ABŞ-nin hazırkı Prezidenti Co Baydenin koqnitiv funksiyalarının zəifləməsi ölkə üçün fəlakətli nəticələrə gətirib çıxara bilər”.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin keçmiş həkimi Ronni Cekson özünün tviter hesabından yazıb.

Hazırda ABŞ Konqresində Respublikaçılar Partiyasını təmsil edən Cekson hesab edir ki, Baydenin sağlamlıq vəziyyəti ölkəni nəhəng dövlətlərlə münaqişəyə yaxınlaşdırıb.

“O, gününün yarısını harada olduğunu bilmir və hər gün bizi Rusiya ilə, Çinlə total müharibəyə yaxınlaşdırır”, – deyə o qeyd edib.

Cekson həmçinin bildirib ki, prezident administrasiyası Baydenin səhhəti ilə bağlı həqiqəti gizlədir.

Qeyd edək ki, bundan əvvəl də Baydenin sağlamlıq vəziyyəti ABŞ-nin milli təhlükəsizliyinə təhdid adlandırılıb.