Ağ Evdən İrəvanı qorxuya salan açıqlama: “Bu, ciddi xəbərdarlıq idi”

Ağ Evdən İlham Əliyevin separatçılarla bağlı dedi bəyanata müsbət reaksiya gəldi. Prezidenti separatçılara amnistiya verə biləcəyini ABŞ hökuməti pozitiv qarşılayıb və bunu təqdir etdiyini bildirib. Deyəsən, beynəlxalq birliyin Azərbaycan istədiyi də elə bu olub.

Sözügedən məsələ Ermənistanda və Xankəndidə ciddi müzakirələrə səbəb olub. Bu, ABŞ-ın Qarabağ mövzusunda dəqiq mövqeyi kimi dəyələndirilib.

Bəs biz separatçılara humanist davransaq, yaxın gələcəkdə bunun fəsadları ilə üzləşə bilərikmi? Separatçılar bağışlansa və təslim olsalar, bu, növbəti proseslərə nə kimi təsir göstərə bilər?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Xəyal Bəşirov bildirib ki, Prezidentin sözügedən bəyanatının məhz mövcud şərtlər altında səsləndirilməsi təsadüfi deyil:

“Bu, həm də Azərbaycanın sülh istiqamətində növbəti addımı kimi dəyərləndirilir. Prezident İlham Əliyevin məhz indiki məqamda bu bəyanatla çıxış etməsi təsadüfi deyil. Artıq sərhədlərə nəzarət edirik, Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsi qurulub, gömrük və digər müvafiq qurumlarımızın əməkdaşları orada fəaliyyət göstərirlər. Beləliklə, Azərbaycan ərazisinə qanunsuz keçidlərin qarşısını alırlar. Hazırda Qarabağda rus sülhməramlı kontingentinin nəzarəti altında olan ərazilərdə qanunsuz silahlı birləşmələrin olması faktı var. Nəzarət-buraxılış məntəqəsi qurulana kimi biz sərhədlərə tam nəzarət edə bilmirdik. Bu müddətdə qanunsuz birləşmələrin sayı getdikcə dəyişirdi. Amma Laçın yolunda məntəqənin qurulması ilə biz nəzarəti bərpa etdik.

İndiki halda bu birləşmələr silahlarını atıb könüllü şəkildə ərazilərimizdən çıxamağa hazır olduqlarını bildirəcəklərsə, məsələ kökündən həll olunacaq. Çünki sonrakı müddətdə ərazilərmizə yeni separatçılar daxil ola bilməcəyəcəklər, nəzarət sistemi var. Nəticədə isə problem həllini tapmış olur. Prezident İlham Əliyev də bu məqamla bağlı fikrini bəyan edib. Əgər amnistiya fikri daha əvvəl səsləndirilsəydi, separatçılar sadəcə üzdə təslim olacaqlarını deyə bilərdilər. Amma yeni silahlıların ərazimizə gəlməyəcəyinə heç kim qarantiya verə bilməzdi. O baxımdan təslim olan şəxslərin amnistiyasının gələcəkdə fəsadları olacağını düşünmürəm. Əksinə, bu yolla Azərbaycan tərəfi sülhə səmimi şəkildə hazır olduğunu diqqətə çatdırdı”.

Brüssel platformasının bərpa edilməsi Azərbaycanın siyasi və diplomatik uğurunun nəticəsidir – Xəyal Bəşirov (ÖZƏL) - Azer.Press
Xəyal Bəşirov

Politoloq Qarabağdakı proseslərin bundan sonra necə davam edəcəyindən söz açıb:

“Prezident çıxışında onu da bildirdi ki, Qarabağda yaşayan erməni əsilli vətəndaşlarla təmaslar üçün bir dəfə görüş keçirilib və bunun davam etdirilməsi iki dəfə təklif olunub. Üçüncü təklif isə olmayacaq. Növbəti görüşün keçirilməsi üçün ya onlar özləri boynu bükük formada xahiş edəcəklər, ya da hadisələrin gedişatı dəyişəcək. Bu, o deməkdir ki, biz artıq onların nazı ilə oynamaq fikrində deyilik, onlar üçün çəmbər daralır. Sözügedən açıqlama rəsmi İrəvana, Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımıza, separatçı ünsürlərə, təxribatların törədilməsində Ermənistana dəstək verən ayrı-ayrı qüvvələrə ciddi mesaj idi. Onlar bu mesajdan ciddi dərs çıxarmalıdırlar, əks təqdirdə məsuliyyət öz üzərlərinə düşür”.

Qeyd edək ki, Prezident İlham Əliyevin Laçındakı son bəyanatlarında Qarabağdakı separatçı rejimin nümayəndələrinin təslim olacaqları halda amnistiya verilə biləcəyi ilə bağlı açıqlaması ABŞ Dövlət Departamenti tərəfindən alqışlanıb və təqdirəlayiq addım hesab edilib.

Ayşən Mustafa
Globalinfo.az