Ağ Evdə üçüncü şəxs iddiası: Tramp və Zelenskini o dalaşdırıb

trump vance zelensky

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Prezident Donald Trampın xarici siyasətində özünə daha dərin yer edir və Oval kabineti üçün qeyri-adi konfliktlər yaradır.

Globalinfo.az xəbər verir ki, bu iddia “NBC News” çıxış edib.

Sayt məhz Vensin ötən gün Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüşündə konflikti alovlandırdığını bildirib.

Məqalədə o da vurğulanır ki, hələ senator olduğu dönəmdə Vens Ukraynaya yardım məsələsində həmişə əks mövqedə dayanıb. Vitse-prezident olduqdan sonra isə bu siyasətini reallaşdırmağa başlayıb:

“Zelenski ilə olan qarşıdurma daha soyuq idi. Onu reportyorun sualı yox, vitse-prezidentə yaxın adamların dediyinə görə, Zelenskinin davranışlarını uyğun hesab etməyən Vensin buna qarşılıq vermək arzusu alovlandırıb”.

Bu görüşdən əvvəl Zelenski ilə senatorlar arasında baş tutan müzakirədə iştirak edən senator Şeldon Uaythaus görüşün əslindən çox mehriban şəraitdə keçdiyini bildirib. Daha sonra isə o, Ağ Evdə Zelenskinin səsini qaldırmasını “Vensi otağa buraxanda belə şeylər olur”, – sözləri ilə şərh edib.

Trampa yaxın mənbələrdən biri isə Vensin Zelenskiyə müqavimət üçün əvvəlcədən hazırlanmış hər hansı strategiyasının olmadığını söyləyib.

Mənbə əlavə edib ki, Vens görüşdə Zelenskinin davranışları provokativ hesab etdiyi üçün özünü cavab vermək məcburiyyətində hiss edib.
Başqa mənbənin iddiasına görə, heç kim Ukrayna prezidentinin bura daxil olub, özünü kaprizli uşaq kimi aparacağını düşünürdü.

Əliyar Xəlil
Globalinfo.az