ABŞ Prezidenti Donald Tramp İranda etirazçıların sərt şəkildə repressiyaya məruz qalması fonunda Tehrana qarşı hərbi zərbələr endirmək imkanını dəyərləndirir.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Məlumata görə, Tramp yanvarın 2-də bildirib ki, İran hakimiyyəti dinc etirazçılara qarşı zorakılıq tətbiq edərsə, ABŞ müdaxiləyə hazır olacaq. O, son çıxışında ABŞ ordusunun vəziyyəti qiymətləndirdiyini və bir neçə “güclü variantın” masada olduğunu deyib.
Qəzet qeyd edir ki, Tramp administrasiyası daxilində fikir ayrılıqları mövcuddur. Vitse-prezident JD Vens də daxil olmaqla bəzi yüksək vəzifəli rəsmilər hərbi addımlardan əvvəl diplomatik yolu sınamağa çağırırlar.
Bildirilir ki, Prezident hələlik yekun qərar verməyib və yaxın günlərdə əsas köməkçiləri ilə müzakirələr aparacaq.
Tahir Turan