Ağ Evdə kokain tapıldı

Ekspertiza bir müddət əvvəl Ağ Evdə tapılan tozda kokain aşkar edib.

Globalinfo.az xəbər verir ki, bu barədə CBS News telekanalı məlumat yayıb.

Məlumata görə, toz ABŞ prezidentinin iqamətgahının ziyarətçiləri və əməkdaşlarının ofis otaqlarına girməzdən əvvəl şəxsi əşyalarını qoyub keçdiyi qərb qanadının ümumi sahəsində adi yoxlama zamanı aşkar edilib.

Qeyd edilib ki, narkotik maddə aşkar edilən zaman Bayden və onun ailə üzvləri Ağ Evdə olmayıb, onlar Amerika administrasiyası rəhbərinin ölkə iqamətgahının yerləşdiyi Kemp Deviddə (Meriland) olublar.