livitt

Artıq Yaxın Şərqdə yerləşdirilən ABŞ qoşunları beynəlxalq missiya çərçivəsində Qəzza zolağında atəşkəs razılaşmalarına əməl olunmasına nəzarət edəcək.

Globalinfo.az APA-ya istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat verib.

    O, ABŞ-ın Yaxın Şərqə 200 əsgər göndərəcəyi ilə bağlı mediada yayılan xəbərlərin qeyri-dəqiq və kontekstdən kənar olduğunu bildirib.

    “Aydın olmaq üçün deyim ki, CENTCOM-da (ABŞ Mərkəzi Komandanlığı) artıq yerləşdirilmiş 200-ə qədər amerikalı hərbçiyə İsraildə sülh sazişlərinə əməl olunmasına nəzarət etmək tapşırılacaq.

    Onlar orada yerləşən digər beynəlxalq qüvvələrlə əməkdaşlıq edəcəklər”, – Livitt bildirib.

    Paylaş: