Vaşinqton ŞİF-dən əvvəl çalışıb ki, Rusiya… – Zaxarova

ABŞ Şərq İqtisadi Forumundan (ŞİF) öncə Rusiyanın Çinlə dialoquna mane olmağa cəhd edib.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın bunun üçün Çinə getdiyini və Pekinə Rusiya ilə əməkdaşlığı dayandırması üçün təzyiqlər etdiyini bildirib.

Zaxarova Çinlə indi hər şeyin qaydasında olduğunu və inkişaf etdiyini vurğulayıb.

Qeyd edək ki, bundan öncə Rusiya Prezident Administrasiyasının sədrinin müşaviri Anton Kobyakov Rusiyanın biznes proseslərini modernləşdirməsi gərəkdiyini deyib. Bunun Çinlə əməkdaşlığın maksimal sərfəli və effektiv olması üçün gərəkli olduğunu söyləyib. O bunun ölkələr arasında problemlərdən qaçmağa kömək edəcəyini vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az