Aftandil İsrafilovun məşhur qarmonu satışa çıxarılıb? – Qızı ağladı

Bu gün tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilovun vəfatından bir ay ötür. Son günlər sosial şəbəkələrdə mərhumun qarmonunun satılması ilə bağlı müxtəlif şayiələrə rast gəlinir. Doğrudanmı A.İsrafilovun qarmonu satışa çıxarılacaq?

A.İsrafilovun qızı Həcər İsrafilova Globalinfo.az-a açıqlamasında xəbəri təkzib edib:

“Heç vaxt atamın qarmonu ailəsi tərəfindən satıla və ya muzeyə verilə bilməz. Çünki o qarmona onun barmaqları toxunub (ağlayır). Qarmon birmənalı şəkildə ailədə qalacaq. Satış barədə qəti düşünməsinlər”.

H.İsrafilova atasının dostlarının onları ziyarət etdiyini deyib:

“Biz hər həftə evdə cüməaxşamı keçiririk. Sağ olsun Əli Mirəliyev bir neçə dəfə gəlib. Gövhər Rzayeva, Orxan Mirzəyev, Aydın bəy, müğənni Samira, Lalə Məmmədova, Ağadadaş Ağayev və bir neçə sənət dostları gəlir”.

O, atasının son söz olaraq heç nə demədiyini bildirib:

“Atamla danışmağa fürsət olmadı. Çünki bir ay idi xəstəxanada yatırdı. Ona görə də  heç nə demədi”.

Zaira Akifqızı
Globalinfo.az