Afina yaxınlığında atışma: ölənlər var

Yunanıstanın paytaxtı Afina yaxınlığında Artemidada atışma baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Kathimerini” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, naməlum şəxslər Almaniya nömrəsi olan avtomobilə atəş açıb.

İnsident nəticəsində 6 nəfər ölüb. Ölənlərdən 5-i avtomobildə, digəri isə küçədə olub.

Bildirilir ki, hücum cinayətkar qruplar arasında münaqişələrlə bağlı ola bilər.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Polis hadisə ilə bağlı araşdırma aparır.