AFFA-nın sabiq baş katibi Çingiz İsmayılov vəfat edib

67e0473ded18167e0473ded182174275154967e0473ded17f67e0473ded180

AFFA-nın sabiq baş katibi, futbol veteranı Çingiz İsmayılov vəfat edib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə Mətbuat Şuarının əməkdaşı, jurnalist İlqar Tağıyev məlumat verib.

Qeyd edək ki, Çingiz İsmayılov martın 18-i səhhətində yaranan problemlərlə əlaqədar olaraq xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, Çingiz İsmayılov 1935-ci ildə Bakıda anadan olub. 1955–1962-ci illərdə “Neftçi” komandasında, müxtəlif illərdə Bakının və Gəncənin “Dinamo”, həmçinin “Neft daşları” komandasında oynayıb.